Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 21-28 fevral tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Metbuat.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Samux rayon sakini Məhərrəm Əsgərov, Xızı rayon sakini Kamran Qurbanov və Tovuz rayon sakini Sənan Mirzəyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 520 metr uzunluğunda sintetik tor yığışdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.