Ermənistanın yeni prezidenti MƏLUM OLDU
BEY.AZ informasiya agentliyi xəbər verir
Vahan Xaçatryan Ermənistanın prezidenti seçilib.
Metbuat.az xəbər verir ki, ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib.
“Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi olan Vahan Xaçatryanın lehinə 71 deputat səs verib. Bunlar hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələridir.
Qeyd edək ki, o, Ermənistan tarixinin 5-ci Prezidenti olacaq.
İkinci turda seçkilər üçün tələb olunan səslərin sayı daha az idi. Müxalifətin “Hayastan” və “Mənim namusum var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bu qərarın səbəbini müvafiq səlahiyyətlərin olmaması adlandırıb, onun sözlərinə görə, bu, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan vermir.
Vahan Xaçatryan
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.