fbpx

Rublun “qara taleyi” – Ən pis vəziyyət Moskva Birjası açılanda olacaq / ŞƏRH

BEY.AZ informasiya agentliyi xəbər verir


Moskva birjasında günorta hərracları zamanı avronun məzənnəsi tarixi maksimumunu yeniləyib.

Metbuat.az xəbər verir ki, hazırda birjanın müəyyən etdiyi yuxarı hədd 125,065 rubl təşkil edib. Ticarət əməliyyatlarında dollar 117,4 rubla yaxın olub. Dollar hazırkı rəsmi məzənnədən 14,15 rubl, avro isə rəsmi məzənnədən 10,51 rubl baha olub.

Son günlər rublun kəskin ucuzlaşması fonunda baş verənlərlə bağlı açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, rublun daha da ucuzlaşmaması üçün Moskva Birjasının bağlı saxlanması effekt verməyəcək. Ekspert düşünür ki, bu metod partlamış su borusunu barmaqla tutmağa bənzəyir.

“Belə bir anda su kənardan sızır, itkilər verilir. Bir müddət sonra, barmaq yorulub əl geri çəkilən zaman isə boru onsuz da boşalacaq. Yəni rublun ucuzlaşması Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsində çevikliyi zəruri edir. 45 milyardlıq vəsaitlərinin təxminən 0,6%-i rublda saxlandığı üçün artıq müəyyən itkilər qaçılmazdır. Bu sanksiyalardan əvvəlki kursla 270 milyon dollar ekvivalentində bir vəsait demək idi. Hazırda rublun ucuzlaşması indidən sonra atılacaq addımdan asılı olmadan müəyyən itkiləri qaçılmaz edəcək. Amma yenə də gec deyil. Daha gec reaksiya daha çox itki deməkdir. Lap pis vəziyyət Moskva Birjası açılandan sonra olacaq”

Eldəniz Əmirov qeyd etdi ki, rublun dəyər itirməsi qarşıdakı günlərdə də davam edəcək. Hətta münaqişə bitsə belə hələ bir müddət rublun “üzü gülməyəcək”. Təkcə Rusiyada yox, sanksiyaya qoşulmayan ölkələrdə belə banklar rublla əməliyyatlardan qaçmağa çalışacaq. Bu da ciddi infilyasiya meyilləri formalaşdıracaq.

“Bildirim ki, ölkə üzrə ÜDM səviyyəsində kəskin azalmalaarın olma gözləniləndir. Ən acınaqcaqlı vəziyyətlərdən biri də səhm bazarında olacaq. Ciddi enişlər gözlənilir. Ölkə şirkətlərində mövcud xarici payçılar səhmlərini satmağa çalışacaq. Xarici investisiya həcmlərinin yaxın vaxtlarda artacağını isə ümumiyyətlə gözləməyə dəyməz. Oliqarxların getdikcə daha pul vəsait itirməsi ölkədən hansı yollarla olursa olsun daha çox vəsait çıxarmağa çalışması da istisna deyil. “.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin