Xəbərlər
Duz məhsulları bazarında araşdırmalar başlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir
Bazarda sağlam rəqabət mühitinin qorunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kompleks tədbirləri davam etdirir.
Xidmətdən bey.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində duz məhsulları bazarında araşdırmalara başlanılıb. Məqsəd antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və qanunazidd hərəkətlərin qarşısının alınmasıdır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





