Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşdü: Ölənlərin kimliyi məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi bəlli olub.
Metbuat.az-a Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan verilən məlumata görə, daha 3 Azərbaycan vətədaşı həlak olub.
“Ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.
Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır”.
Qeyd edək ki, bu gün 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.