Şolts və Bennet Putinlə görüşün nəticələrindən danışdılar
BEY.AZ informasiya agentliyi xəbər verir
Almaniya Kansleri Olaf Şolts İsrail Baş naziri Naftali Bennetlə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, görüş 1,5 saat davam edib.
Qeyd olunub ki, söhbətin əsas mövzusu Bennetin dünən Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüşün nəticələri olub.
Liderlər bu mövzuda yaxın təmasda olmağı qərarlaşdırıblar.
“Ortaq hədəf Ukraynadakı müharibəni mümkün olduğu qədər tez bitirməkdir. Bütün gücümüzlə bunun üzərində çalışacağıq”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.