Azərbaycanın Xarkovdakı konsulluğu hava zərbəsi ilə vuruldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Metbuat.az-a məlumat verilib.
Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.