fbpx

İraqdan Azərbaycana 286 azyaşlı qaytarılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


2018-ci ildən bu günə qədər İraq həbsxanaları və uşaq evlərində yaşayan ümumilikdə 288 nəfər (286 azyaşlı və 2 qadın) Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.

Repatriasiya prosesinin 2022-ci ildə də davam etdiriləcəyi əlavə olunub.

“2021-ci ildə Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirləri davam etdirib. Bu xüsusda, xarici ölkələrdən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası davam etdirilib. İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi olaraq, Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin iştirakı ilə 2018-ci ildən bu günə qədər İraq həbsxanaları və uşaq evlərində yaşayan ümumilikdə 288 nəfər (286 azyaşlı və 2 qadın) Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib. 2021-ci ildə İraq və Suriyadan 69-u uşaq və 12-si qadın olmaqla ümumilikdə 81 nəfər Azərbaycana gətirilib.

Aidiyyəti qurumlar tərəfindən repatriantların reabilitasiya və reinteqrasiyası prosesi təmin edilib. Repatriasiya prosesinin 2022-ci ildə də davam etdirilməsi nəzərdə tutulub”, – sənəddə qeyd olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin