fbpx

Azərbaycanda oğul anasını döyə-döyə ÖLDURDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Şabranda oğul anasını döyə-döyə öldürüb.

Metbuat.az-a rayon prokurorluğundan verilən məlumata görə, martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin