fbpx

“Azərbaycan və Türkiyə prezidentlərinin danışıqları ciddi nüanslardan xəbər verir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hazırkı mürəkkəb geosiyasi situasiya fonunda AzərbaycanTürkiyə prezidentlərinin bugünkü görüşü, xüsusən, danışıqların 4 saatdan artıq davam etməsi ciddi nüanslardan xəbər verir. Şuşa Bəyannaməsi ilə ali səviyyəyə yüksəlmiş Azərbaycanın və Türkiyənin müttəfiqlik münasibətlərini, habelə, AnkaraBakı arasında fikir ayrılığının mövcud olmadığını nəzərə alsaq, 4 saatlıq danışıqların bir izahı ola bilər – bölgənin iki əsas güc sahibi Ankara və Bakının sonrakı dövr ərzində birgə fəaliyyət planının müəyyən edilməsi”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Report”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında deyib.

Deputat qeyd edib ki, Avropanın kifayət qədər güc və imkan sahibi olan dövlətləri tərəfindən aşkar formada işğalçı Ermənistanın müdafiə edilməsinə baxmayaraq, rəsmi Yerevan və tərəfdaşlarının rüsvayçı məğlubiyyəti fonunda 44 günlük müharibə göstərdi ki, Azərbaycan və Türkiyə birliyi yalnız regionda yox, bütövlükdə qlobal müstəvidə hesablaşılan güc mərkəzinə çevrilib:

“Bu mənada, indiki həssas dövrdə cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin bugünkü müzakirələri bölgənin gələcək taleyinin müəyyənləşməsi baxımından dönüş nöqtəsi kimi də dəyərləndirilə bilər. Əslində, bu qənaəti danışıqların açıqlanan tezislərindən də müəyyənləşdirmək mümkündür.

Prezidentlər görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsindən məmnunluq ifadə edirlər ki, bu da birgə hərəkət üçün daha bir mexanizmin mövcudluğunun Bakının da, Ankaranın da maraqlarına cavab verdiyini göstərir. İkincisi, bu amil nümayiş etdirir ki, Türkiyə də, Azərbaycan da müttəfiqlərini sərbəst seçməkdə müstəqildirlər və hansısa üçüncü tərəfin ölkələrimizə bu müstəvidə mane olmaq perspektivi yoxdur”.

“Digər mühüm məqam, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan post-münaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivlərini gündəmə gətirməklə Yerevana bir növ xəbərdarlıq etdilər, xüsusən, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunmaqla əslində bəyan edildi ki, Yerevanla ya Yerevansız, istənilən halda, 10 noyabr üçtərəfli Bəyanatının şərtləri yerinə yetiriləcək.

Başqa vacib bir məqam isə Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları ilə bağlı Bakı və Ankara arasında müzakirənin aparılması ilə bağlıdır. Ən yaxın və əsas quru sərhəddinə malik qonşusu kimi Ermənistanın Türkiyə ilə münasibətlərin əhəmiyyətini dərk etməsi, bu ölkənin təcavüzkar niyyətindən əl çəkməsi və yekun sülh müqabiləsinin imzalanması üçün həlledici rol oynaya bilər.

Habelə, Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparılması, Türkiyə və Azərbaycanın artıq müşahidəçi yox, beynəxalq hüquq çərçivəsində ciddi təsir imkanına malik siyasi güc mərkəzi formalaşdırmasından xəbər verir”, – deputat qeyd edib.

Bəhruz Məhərrəmovun sözlərinə görə, müttəfiqliyimizin daha geniş sərhədləri əhatələməsi üçün əməkdaşlığımızın dərinləşməsi vacibdir və görüşdə enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti, Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları, həmçinin, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi ilə bağlı müzakirələr əməkdaşlığı dərinləşdirmək niyyətinin yalnız bəyanatlarda yox, konkret əməldə ifadəsini tapdığını bir daha nümayiş etdirdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin