Almaniyada yağ və un qıtlığı yarandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya–Ukrayna müharibəsi Almaniyada ərzaq qıtlığına səbəb olub.
Metbuat.az-ın məlumatına görə, Rusiyadan ərzaq mallarının idxalı dayandırıldığı üçün marketlərdə bir çox ərzaq məhsullarının qiymətində 25 və 50 faizlik artım müşahidə edilir.
Marketlərdə günəbaxan yağı və un qıtlığı yaranıb. Bəzi marketlər çıxış yolunu sözügedən məhsullara limit müəyyən etməkdə görüblər. Belə ki, hazırda ölkədəki bir sıra marketlərdə bu məhsullardan bir dəfə və yalnız iki ədəd almaq mümkündür.
Bununla belə, bəzi istehlakçı birliklər yağ və un böhranının daha böyük problemlərə səbəb ola biləcəyini iddia edirlər.
Almaniya kimi iri bazarlara malik ölkələrdə Rusiyadan gələn mallara qadağa qoyulduğundan, ancaq bu ölkədən gələn ərzaq məhsullarını satan market şəbəkələrinin əksəriyyəti bağlanmaq təhlükəsi ilə üzləşib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.