fbpx

Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycanın BMTQAK ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Rüya tabirlerini burdan oku

Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə etdi və ölkəmizin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi.

Tərəflər məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu