fbpx

Dünyanı gözləyən TƏHLÜKƏ: Kəşfiyyat məlumatları yayıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidenti Vladimir Putin Çernobıl AES-də terror aktının hazırlanması barədə göstəriş verib. Hadisə baş verəcəyi təqdirdə məsuliyyət Ukraynaya “yüklənəcək””.

Metbuat.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı açıqlama yayıb. Bildirilir ki, rus ordusu Çernobıl AES-də baş vermiş qəzada ukrayna hərbçilərinin iştirakını imitasiya etmək üçün saxta “dəlillər” yaratmağa çalışırlar. Məlumatlara görə, bu məqsədlə Qostomeldəki Antonov hava limanı yaxınlığında ölən Ukrayna əsgərlərinin cəsədləri toplanılır. Amma bu cəsədlərin Çernobıl zonasında öldürülən diversantlara görə veriləcəyi ehtimalı da var. Qeyd olunur ki, birbaşa danışıqlardan istənilən nəticəni ala bilməyən Putin dünya ictimaiyyətinin nüvə şantajı ilə hədələmək barədə də mümkün variantları gözdən keçirir.

Hazırda Çernobıl AES-in Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) monitorinq sistemlərindən əlaqəsi tamamilə kəsilib. Stansiya enerjisizdir. Mövcud dizel generatorlarının resursu təhlükəsizlik sistemlərinin işləməsi üçün 48 saatlıq dəstək üçün nəzərdə tutulmuşdur. Ruslar ukraynalı təmirçilərə stansiyaya daxil olmağa imkan verməyiblər. Əvəzində Aleksandr Lukaşenkonun göstərişi ilə ora belaruslu mütəxəssislər daxil olublar. Kəşfiyyat məlumatlarına görə, onların arasında atom bombardmançıları adı altında terror aktı təşkil etmək üçün rus diversantları da var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin