fbpx

Minsk öz ərazisinə raket hücumu ilə bağlı məlumatları təkzib etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Belarusun ərazisinə raket hücumu barədə məlumat yalandır”.

Metbuat.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İnna Qorbaçova bildirib. Bundan əvvəl Ukrayna KİV-ləri guya Rusiya təyyarələrinin Ukrayna ərazisindən Belarusun Kopani kəndini atəşə tutması barədə məlumat yayıb.

“Müdafiə Nazirliyi birmənalı olaraq bəyan edir ki, Belarus kəndinə raket hücumu barədə məlumat tamamilə cəfəngiyatdır”, – Qorbaçova qeyd edib.

Xatırladaq ki, Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə Belarus ərazisinə zərbələr endirməsi barədə məlumat yaymışdı. Bildirilirdi ki, Rusiyanın Belarusun yaşayış məntəqələrinə bu cür hücumu və hərəkətləri Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etmək məqsədilə məqsədyönlü təxribatdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin