Rus hərbçiləri ukraynalı meri belə qaçırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Martın 11-də Melitopolda Rusiya hərbçiləri 10 nəfərdən ibarət bir qrup şəklində şəhərin meri İvan Fedorovu qaçırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram kanalında məlumat verib.
“Oğurlanma zamanı onun başına polietilen torba keçiriblər. Düşmənlər onu şəhər böhran mərkəzində saxlayıblar”, – onun məlumatında deyilir.
Bundan əvvəl Melitopol meri İvan Fedorov Rusiya hərbçilərinin işğal etdiyi şəhərin humanitar fəlakət astanasında olduğunu bildirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.