fbpx

Azərbayandan Ukraynaya 5.5 milyonluq növbəti yardım

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım yola salınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Metbuat.az-a verilən məlumata görə, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin