fbpx

Azərbaycanda ağır QƏZA: 5 nəfər HƏLAK OLDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı “VAZ-2107” markalı avtomobillə “Mitsubishi” markalı maşın toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub.

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin