ÜST-dən COVID-19-la bağlı QORXULU XƏBƏR
BEY.AZ informasiya agentliyi xəbər verir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləş miş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi birgə yazılı açıqlamada COVID-19-un heyvanlar arasında yayılması məsələsi müzakirə edilib.
Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST və onu müşayiət edən beynəlxalq təşkilatlar COVID-19-un təbiətdə yayılmasının yeni variantların ortaya çıxmasını asanlaşdıracağına dair narahatlıqlar fonunda virusun heyvanlar arasında ötürülməsini yaxından izlədiklərini açıqlayıb.
Açıqlamada bildirilib ki, virusun bəzi heyvan növləri ilə yanaşı, insandan insana da keçdiyi müşahidə edilib. Virus ferma heyvanlarına, gəlincik, bəbir, maral, xüsusən də it və pişik kimi ev heyvanlarına da keçə bilər.
Bildirilib ki, COVID-19 epidemiyasının vəhşi təbiətə daxil olması narahatlıq yaradır. ÜST-ün araşdırmaları nəticəsində ABŞ-dakı maralların üçdə birinə COVID-19-un insanlar tərəfindən ötürüldüyü bildirilib. Bəyanatda 3 təşkilat bütün ölkələri heyvanlar və insanlar arasında virus sirkulyasiyası riskini və yoluxmuş heyvanlarda COVID-19-un inkişaf riskini azaltmaq üçün tədbirlər görməyə çağırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.