Amerikalı jurnalist Ukraynada öldürüldü
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-nin jurnalist və kinorejissoru Brent Renaud Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində öldürülüb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, 50 yaşlı jurnalist rus əsgərləri tərəfindən İrpində güllələnərək öldürülüb, digər iki jurnalist isə yaralanıb. Yaralanan jurnalistin sözlərinə görə, onlar İrpində maşınla körpüdən keçərkən atəşə məruz qalıblar:
“Biz İrpində ilk körpülərdən birini keçdik, qaçqınları lentə almaq üçün biz başqa bir yerə getməliydik. Bir nəfər bizə başqa körpüdən getməyi təklif etdi. O zaman atəşə tutulduq. Brent boynundan güllələndi və elə orada vəfat etdi”.
Qeyd edək ki, Brent Renaud Rusiya- Ukrayna müharibəsində həlak olan ilk xarici jurnalistdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.