fbpx

Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Metbuat.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.

Qeyd edilib ki, bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib. Sanitar- gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin