Ukraynada fotosu ilə gündəm olan hamilə qadın öldü
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki doğum evi və uşaq xəstəxanasını bombalamasından sonra çəkilən fotosu ilə gündəm olan hamilə qadın vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, əvvəlcə qadının bətnindəki körpə həyatını itirib. Bir müddət sonra qadın özü vəfat edib. Bildirilir ki, qadın həyatını itirməzdən əvvəl bətnindəki körpəsinin öldüyünü başa düşüb.
O, həkimlərə “məni indi öldürün” deyə bağırıb. Həkimlərin səyinə baxmayaraq, ukraynalının həyatını xilas etmək mümkün olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.