fbpx

Vətəndaşlarımızın Maxaçqalada qurbanlıq kimi gözləməməlidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynada 18 gündən çoxdur ki, müharibə aparması fonunda martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırılıb. Bu, həm Rusiya, həm də Azərbaycan aviaşirkətlərinə aiddir.

Metbuat.az xəbər verir ki, məsələyə etirazını bildirən millət vəkili Razi Nurullayev bildirdi ki, Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən dayanıb. Deputat deyir ki, hazırda yüzlərlə vətəndaşımız Rusiya – Azərbaycan quru sərhədində – Maxaçqala yaxınlığında düşərgədə gözləməmə vəziyyətindədirlər.

“Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək. Kasıbçılıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb. Rusiyada iş olmadığından onlar geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə. Nə çətinlik var axı burada? Göndər nümayəndəni, gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk. Vətəndaşlarımız niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?”.

Rüya tabirlerini burdan oku

Razi Nurullayev bildirib ki, O Azərbaycan vətəndaşlarının düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsinə çox pis yanaşır.

Məsələ ilə bağlı AZAL-dan göndərilən məlumatda bildirilib ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.

” “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.

Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu