fbpx

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Metbuat.az xəbər verir ki, söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Prezident Şarl Mişelə təşəkkürünü bildirib.

Prezident Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.

Söhbət zamanı, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

16:05

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Şarl Mişel öz rəsmi tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı Ukraynadakı vəziyyəti, regional təhlükəsizlik və müharibənin Cənubi Qafqaza təsiri məsələlərini müzakirə ediblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin