İrəvanın 5 baza prinsipinə soyuq yanaşır
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsiplərini açıqlayıb. Son günlər Ermənistanın verdiyi açıqlamalar da qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu deməyə əsas verir.
Metbuat.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişi ilə bağlı Ermənistana 5 maddəlik təklif göndərdiyini demişdi. Rəsmi İrəvan isə danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.
Azərbaycan XİN bəyan edib ki, İrəvana təklif edilən paketdə 5 baza prinsip əks olunub:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir.
“İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər və Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət ediblər. Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır. Bu, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir”.
Ekspertin sözlərinə görə, hər iki beynəlxalq sənəd – Helsinki Aktında və Pakt “müqəddəratı təyinetmə” məsələsinin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki, Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir;
” “Müqəddəratını təyin etmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa çalışır”. Nəticədə də danışıqlar başlamamış dəfn edir. Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.