fbpx

Qaradağda tikilən yeni stansiya Azərbaycana nə verəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Metbuat.az xəbər verir ki, Qaradağda Günəş Stansiyasına çəkilən xərcin uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcəyini bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, hətta qaz qiymətlərinin yuxarı səviyyəsində bu müddət bir ilə qədər enə bilər. Onun fikrincə bu stansiyanın işə salınması 110 milyon qaza qənaət olunmasına gətirib çıxaracaq. Bu isə bu günki qaz qiymətlərində 165 milyon dollar deməkdir.

Rüya tabirlerini burdan oku

“Sözü gedən günəş stansiyasının tikintisinin 225 milyon dollara başa gəlməsi planlaşdırılır. Hər şey plana uyğun gedərsə (axsamalar olmazsa) bu stansiya həm də regionlara yaxşı bir nümunə olaraq yayıla bilər. Bu addımın digər müsbət tərəfləri isə hər stansiya üzrə 50-dək insanın daimi iş yeri ilə təmin edilməsinə, regionun enerji təchizatında fasiləsizliyin təmin olunmasına, regionlarda uzun məsəfələr üçün yaradılmalı olan infrastruktur xərclərinə qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının azalması kimi bir sıra müsbət təsirləri olacaqdır”.

Ekspert qeyd etdi ki, alternativ enerji zamanın trendi olmaqla bərabər həm də ekologiyaya müsbət təsir edir. Təkcə Qaradag Günəş Stansiyası fəaliyyətə başlayandan sonra atmosferə 200 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.

Azərbaycan energetika naziri Pərviz Şahbazovun açıqlamasına görə, stansiyanın neçəyə başa gəlməsinin elektrik enerjisinin tariflərinə heç bir təsiri yoxdur.

“Elektrik enerjisi əvvəl olduğu kimi, Tarif Şurasının qoyduğu qiymətlər əsasında ödəniləcək. Stansiyanın tikintisi hər il 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu layihənin reallaşdırılması bərpa olunan enerji mənbələrinin Azərbaycan enerji sistemində payını əvvəlki 16,5%-dən 21,2%-ə kimi artırmağa imkan verəcək. Gələcəkdə isə Azərbaycan bu rəqəmi 30%-ə kimi artırmağı hədəfləyir.

Xatırladaq ki, bundan əvvəl, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin Azərbaycanda 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu