Fevralda gündəlik 566 min barel xam neft hasil edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.
Bu barədə Metbuat.az-a Energetika Nazirliyindən məlumat verilib.
“OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.