Səhiyyə Nazirliyi bayramda qidalanma ilə bağlı vətəndaşlara müraciət edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Səhiyyə Nazirliyi Novruz bayramı günlərində qidalanma ilə bağlı vətəndaşlara müraciət edib.
Metbuat.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu deyib.
Onun sözlərinə görə, bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox yeyilməməsi məsləhət görülür:
“Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin həmin şirniyyatlardan uzaq durmaları tövsiyə olunur. Yemək qadağası təbii ki, yoxdur. Lakin qidaları miqdarında yemək məsləhətdir. Məsləhət görərdim ki, bayram günlərində axşam saat 8-dən sonra yemək yeyilməsin və hərəkətlilik təmin olunsun”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.