Azərbaycanla Türkiyə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edilib.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.