fbpx

Kiyevdə raketin qalıqları binada yanğına səbəb oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Kiyevdə vurulan Rusiya raketi hündürmərtəbəli binanı dağıdaraq yanğına səbəb olub.

Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə martın 17-də səhər saat 05:02-də “101” Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və dağılması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, vurulmuş raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb, 16-cı mərtəbədəki mənzildə yanğın baş verib.

Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar.

“İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə edilib, onlardan 3-ü xəsarət alıb. Bir nəfər ölüb”, – deyə FHN-dən xilasedicilər bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin