Sərxan Hacıyev baş katib seçilib
BEY.AZ informasiya agentliyi xəbər verir
AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunsun.
2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq olunsun:
Sədr
Vəli Qasımov
Üzvlər
Fəxrəddin Manafov
Asim Xudiyev
Yunis Hüseynov
Qənirə Paşayeva
Sona Abbasova
Anar Həsənov
Rüstəm Əfsərli
Şaiq Qəribzadə
3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
– Tofiq Məmmədov (Gəncə)
– Nazim Mehrəliyev (Ağdam)
– Hafiz Əliyev (Naxçıvan)
4. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunsun.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.