“Virusun yeni dalğaları ilə üzləşə bilərik”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Hazırda ölkədə epidemioloji durum nəzarət altındadır və qənaətbəxşdir. “Omicron” ştamı ilə bağlı sonuncu dalğa sönməkdə davam edir, yəqin ki, stabilləşmək üzrədir”.
Metbuat.az xəbər verir ki, bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov epidemiloji vəziyyət barədə danışarkən bildirib.
Onun sözlərinə görə, virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik yaratma imkanı zəifləyir:
“Biz gördük ki, sonuncu alovlanmada yoluxma hallarının sayı rekord səviyyədə olsa da, ancaq xəstəxanaların yükü bir o qədər artmadı və səhiyyə sistemi asanlıqla işinin öhdəsindən gələ bildi.
Yəni vaxt keçdikcə virusun yoluxuculuq qabiliyyəti artsa da, ağır xəstəlik törətmək imkanları zəifləyir. Bunu əsas götürərək demək olar ki, pandemiyanın lokal epidemiyalara çevrilməsi prosesi gedir. Bu imkan verir ki, əvvəllər qəbul olunmuş məhdudiyyətlər tədricən aradan qaldırılsın və biz bunun şahidiyik”.
İnfeksionistin koronavirus getdikcə mövsümi infeksiyaya çevrildiyini vurğulayıb:
“Beləliklə, görülmüş tədirlər, vaksinasiya və s. pandemiyanın mənzərəsini bu cür, əlverişli istiqamətdə dəyişdirmişdir. Lakin bu gün pandemiyanın davam etməsi faktdır və ola bilər ki, virusun mutasiyaları nəticəsində biz bu və ya digər əhəmiyyətli yeni dalğalar ilə üzləşək. Ancaq ümumi qanunauyğunluq saxlanılacaqdır, yəni koronavirus həyatımızda qalsa da, o dəyişərək mövsümi infeksiyaya çevriləcəkdir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.