“Hüseynbala Mirələmov toyda şair və yazıçıların əvəzinə pul yazdırıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış şair Qəşəm Nəcəfzadə İctimai TV-də yayımlanan “3 D” layihəsində aparıcı Dadaş Dadaşlinskinin qonağı olub.
Metbuat.az xəbər verir ki, verilişdə aparıcının yazıçı Hüseynbala Mirələmov haqqında kitab yazması barədə sualına cavab verən şair Qəşəm Nəcəfzadə keçmiş millət vəkili haqqında maraqlı fikirlər söyləyib.
Cəmiyyətdə Hüseynbala Mirələmov kimi adamlara bəzi şəxslər tərəfindən “alergiya” olduğunu deyən Qəşəm Nəcəfzadə yazıçının, hətta məclislərin birində bütün şair və yazıçıların adından nəmər yazdırdığını faktını qeyd edib.
“O təkcə mənə yox, bütün şairlərə yardım edib. Amma onun yazdığı əsərləri bəyənməyib yaxşı olmadığını deyirlər. Oxumadan necə bir əsərə qiymət vermək olar? Hüseynbala müəllim xəstəxanada yatana əl tutub, imkanı olmayana kömək edib. Qadan alım, məgər bu pis şeydir?” deyə Qəşəm Nəcəfzadə bildirib.
Verilişdən olan həmin kadrları diqqətinizə çatdırırıq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.