Bir neçə istiqamətdə hücumlar dayandırıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə hücumları dayandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Adminstrasiyasından məlumat verilib. Açıqlamaya görə, əvvəllər Rusiya ordusu 6 istiqamətdə quru hücumları təşkil edirdi. İndi isə hücum istiqamətlərinin sayı 3-ə enib. Digər cəbhələrdə isə ruslar gözləmə mövqeyində dayanıb. Məlumata görə, rusların ehtiyatları tükəndiyi üçün hücumları dayandırıblar.
Qeyd edək ki, rusların Sumı, Çerniqov və Xarkov şəhərlərini ələ keçirmək cəhdləri nəticə verməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.