Bakıdan Daşkəndə uçuşlar apreldən başlayacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan Hava Yolları” aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Metbuat.az-a verilə məlumata görə, aviaşirkət aprelin 2-dən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə həftədə bir dəfə – şənbə günləri uçuşlar həyata keçirəcək. Mayın 4-dən isə daha bir tezlik əlavə olunacaq, Daşkəndə uçuşlar çərşənbə günləri də yerinə yetiriləcək.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi azal.az saytında tanış olmaq mümkündür. Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Özbəkistana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-uzbekista….
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.
Sərnişin Daşkənd şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür:
https://www.azal.az/az/information/covid-azerbaija….
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.