fbpx

KTM-ə zəhərlənmə ilə bağlı 358 müraciət olub, 4 nəfər ölüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 1-dən bugünədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (2 nəfər sirkə turşusundan, 1 nəfər etil spirtindən, 1 nəfər anaflaksiya səbəbindən) dünyasını dəyişib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin