fbpx

104 yaşlı ilk milli seminariyamız bərpa edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir.

Sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.

Bu barədə Metbuat.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocagi kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək, ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin