fbpx

“Bayramdan qalmış boyat plov zəhərlənməyə səbəb ola bilər”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Novruz bayramında bir neçə çeşid xörək və şirniyyat bişirildiyindən sonrakı günlərdə də onlardan istifadə edilir. Həmin xörəklər bir neçə dəfə qızdırıldığından orqanizm üçün təhlükəli hesab olunur”.

Metbuat.az xəbər verir ki, bu sözləri “AzərTAc”a Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ülviyyə Cəlilova deyib.

“Boyat qidaların istehlakı tövsiyə edilmir, xüsusilə bu, toyuq, göbələk, mayonezli məhsullara addir. Mayonezi daha çox qatıq, qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Boyat plovun istehlakı orqanizmdə ciddi fəsadlara səbəb olur, çünki düyünün tərkibində olan bakteriyalar bişirildiyi zaman məhv olmaya və onu yenidən qızdırarkən toksiki maddələr ifraz edilərək qida zəhərlənməsinə aparıb çıxara bilər”, – deyə o bildirib.

Rüya tabirlerini burdan oku

İsti yeməklərin dərhal soyuducuya yerləşdirilməsi rütubətin artmasına və qidaların tərkibində zərərli bakteriyaların yaranmasına yol açır. Xüsusən boyanan yumurtalarda kimyəvi maddələrdən istifadə olunması onun dərhal istifadəsini zəruri edir. Mütəxəssislərin dediyinə görə, bəzi qidalar var ki, onun istehlakı zamanı dad və qoxusundan qida zəhərlənməsinə səbəb olacağı hiss olunmur, çünki bəzi bakteriayalar özünü büruzə vermir.

Həkimlər deyirlər ki, normadan artıq şirniyyat qəbulu kökəlməyə və bəzi narahatlıqlara səbəb ola bilər. Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: “Şəkərburada ən azı 600, paxlavada 700 kalori var. Onun bir ədədini yeyəndən sonra kalorini sərf etmək üçün ən azından 90 dəqiqə yürüş etmək, 60 dəqiqə qaçmaq və yaxud 40 dəqiqə velosiped sürmək lazımdır. Buna əməl etməkdə qəbizlik yarana və bağırsaqlarda fəsadlar baş verə bilər”.

Şirniyyatlarla bərabər təzə meyvə və çərəzlərin yeyilməsi gündəlik kalori qəbulunu artırır ki, bu da artıq çəkinin yaranmasına və piylənməyə gətirib çıxarır. Düzgün və balanslı yemək sağlam qidalanmanın əsas amillərindəndir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu