Rusiya kimyəvi silahdan istifadə etsə…
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ buna cavab verəcək”.
Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO liderlərinin sammitindən sonra keçirdiyi mətbuat konfrasında deyib.
O, cavabın vəziyyətdən asılı olacağını bildirib. Bayden qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ona ilk danışıqlarında NATO alyansının vahid qalmayacağına inandığını söyləyib.
ABŞ lideri, həmçinin Ukraynadakı hadisələrlə bağlı ərzaq böhranı təhlükəsi barədə danışıb: “Ukraynada gedən müharibə fonunda ərzaq qıtlığı təhlükəsi realdır”.
Bundan əlavə, Bayden Çin lideri Si Cinpini Rusiyanın dəstəkləyəcəyi halda yarana biləcək fəsadlar barədə məlumatlandırdığını qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.