Cəlilabadda evlərdən oğurluq edən şəxs saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir
Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bey.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





