fbpx

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk mərhələsinin nəticələri məlum olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, orijinallığı ilə seçilən və kommersiyalaşdırıla bilən innovativ layihələr müsabiqənin 2-ci mərhələsinə keçid alıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Rüya tabirlerini burdan oku

Müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5 min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçiblər. Bütün müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin qoyuluşu, həll yollarının təklif edilməsi, məhsul və ya prototipin mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas götürülüb. Açıqlanan nəticələrə əsasən II mərhələyə vəsiqə qazanmış komandaların ümumi sayı 220-dir.
Belə ki, “Robotexnika” müsabiqəsi üzrə – “A” kateqoriyasından 25 komanda, “B” kateqoriyasından 23 komanda; “Yaşıl texnologiyalar” üzrə – “A” kateqoriyasından 26 komanda, “B” kateqoriyasından 25 komanda, “C” kateqoriyasından 20 komanda; “Aqrar texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından 16 komanda; “Pilotsuz uçuş aparatları” üzrə – Azərbaycandan 14, Türkiyədən 6 komanda; “Sosialyönümlü texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından isə 17 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müvafiq müsabiqələr üzrə “A” kateqoriyası yuxarı sinif şagirdlərini, “B” kateqoriyası universitet tələbələrini, “C” kateqoriyası isə startap və fərdi sahibkarları əhatə edir.

Xatırladaq ki, istisna olaraq “Həvəskar peyk modelləşdirilməsi” (CanSat), “Baku Skills” və “Sailplaner” müsabiqələri PDR (İlkin Layihələndirilmə) mərhələsindən kənar keçirilib. PDR mərhələsində iştirak etmiş 523 komandadan 220-si II mərhələyə uğurla keçid alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu