Dünya çempionatında Azərbaycanın fiqurlu konkisürəni 9-cu yeri tutub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında 9-cu olub.
Metbuat.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 122,98 xala layiq görülüb.
Daha əvvəl qısa proqramda 65,52 xal toplayan konkisürən iki çıxışın yekununda 188,50 xalla kifayətlənib.
Qeyd edək ki, martın 26-da Vladimir Litvintsev sərbəst proqramda mübarizə aparacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.