fbpx

Sudan ödənişli istifadənin müsbət və tərəfləri: Ən vacib məsələ tariflərin differensasiya məsələsidir

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərinə uyğun olaraq qaydalar hazırlanıb. Bu qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək.

Bu qərarın mahiyyəti barədə fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov düşünür ki, yeni qaydalara görə müxtəlik texniki vasitələrlə, eləcə də avadanlıqlardan istifadə etməklə yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödəniş edəcəklər.


Amma texniki qurğulardan istifadə etmədən su götürmə pulsuz olacaq. Eyni zamanda çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması üçün kimi hallar üçün ödəniş nəzərdə tutulmur. Ümumiləşdirsək deyə bilərik ki, hamı üçün istifadəsi mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə istifadəsi ödənişsiz olaraq qalacaq. Eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

Kifayət qədər tənqidi yanaşılan yeni qaydalarla bağlı müsbət tərəflərə gəldikdə isə ekspert vurğuladı ki, bu qərar özünü necə doğruldacaq bunu zaman göstərəcək. Amma hazırkı durumda su ehtiyatlarından necə gəldi istifadə edilmənin qarşısının alınması üçün nəsə etmək mütləq idi.

“Cənubi Qafqazın su ehtiyatlarının 90%-i erməni və gürcülərin ixtiyarındadır. Bizə cəmi 10% pay qalır. Bunun da 75%-i transsərhəd sularının payına düşür, yəni qonşu ölkələrin istifadə edib bizə buraxdığı çaylardan asılıyıq. Odur ki, su ehtiyatlarından səmərəli (həm də ədalətli) istifadə edilməsi üçün ciddi mexanızmə ehtiyac var. İqtisadiyyatın müxtəlif sahələrinin inkişaf tendensiyası, kənd təsərrüfatı sahələrinin genişlənməsi, eləcə də əhali sayının artması suya olan tələbatı gündən-günə artırır. Buna görə də bəzi ölkələrdə suya təbii sərvət kimi yanaşaraq dəyər müəyyən edilmişdir. Bəzi ölkələr də isə belə bir dəyər müəyyənləşdirilmədiyi üçün sudan qənaətlə istifadə edilməsi təmin etmək, eyni zaman da suyun dəqiq hesabatının aparılmaq mümkün olmur”.

Bəs bu qaydaların mənfi tərəfləri hansılardır? Ekspert bildirdi ki, insanlar evlərinin yanından axan çaydan nasosla su vurub təsərrüfat fəaliyyətlərində istədikləri kimi istifadə edə bilməyəcəkləri üçün qərardan məyusluq təbiidir.

“Cəmiyyət tərəfindən “Niyə Allahın suyunu da doyunca istifadə edə bilmərik?” deyə sual da gözləniləndir. Amma gəlin etiraf edək ki, birinin çaydan necə gəldi istifadə etməsi, 50 km uzaqdakı digərinin susuz qalmasını da Allah ədalətli hesab etməz.Əvvəllər çayın başında oturan bir kəndin fermeri çaydan su götürəndə bir qəpik ödəmirdi. Amma suyu kanallardan götürən o biri kəndin fermeri hər min kubmetr üçün pul ödəyirdi. (Çay pulsuz, kanal pulludur) Təbii ki bu ikili yanaşma da doğru deyildi. Qərarın ən böyük mənfi tərəfi isə sudan istifadəyə görə ödəniş tarifləri müəyyən edildikdən sonra bilmək olacaq. Hələ ki tariflər müəyyən edilməyib. Amma qiymətlər o qədər minimal həddə müəyyən edilməlidir, təsərrüfat subyektlərinin fəaliyyətinə mənfi təsir etməsin. Əsas da kənd təsərrüfatına zərər vurmasın. Nəticədə qiyməti artan kənd təsərrüfatı məhsullarının qiymətinin daha da artmasına səbəb ola bilər”.

Ekspert qeyd etdi ki, ən vacib məsələ tariflərin differensasiya məsələsi, qiymət kateqoriyalarının yaradılmasıdır. Eldəniz Əmirov deyir ki, burada tariflərin müəyyənləşdirilməsi üçün 3-5 kateqoriyaya bölünməsi yetərli olmayacaq.


“Tariflər həddən artıq differensasiyalı olmalıdır: suyun keyfiyyəti, istifadəyə görə təyinatı, suyun götürülmə və nəqledilmə üsulları, şəhər, kənd, transsərhəd çayları, daxili çaylar, qapalı hövzələr, yeraltı sular, sənaye məqsədləri, kənd təsərrüfatı məqsədləri, ev təsərrüfatlı, kənd sakinlərin adi məişət istifadəsi, əhali kateqoriyaları və sair və ilaxır. Ciddi təhlillər əsasında üst tarıf kateqoriyaları və onların özlərinin alt kateqoriyaları yaradılmalıdır. Bir sözlə, əgər sudan ödənişli istifadənin tətbiq edilməsinində əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması və suyun dəqiq uçotunun aparılmasıdırsa onda tariflər ən minimum səviyyədə müəyyən edilməlidir. Yox su təsərrüfatına qaş düzəldən yerdə kənd və ev təsərrüfatlarının gözünü vurub çıxaracağıq” deyə ekspert fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin