fbpx

Ukrayna hərbçiləri daha bir şəhəri işğaldan azad etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir.

“Vışqorod artıq bizimdir, nəzarət altındadır. Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki gün sonra uğurlarımızı daha da inkişaf etdirəcəyik”, – Qruzeviç bildirib.

Baş Qərargah rəisinin müavini xəbərdarlıq edib ki, ilk növbədə raket zərbələrindən ehtiyatlı olmaq lazımdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin