fbpx

Görəsən, Şerinə görə hansı Rusiya rəsmisi açıqlama verəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir neçə gün öncə dövlət dumasının deputatı Mixail Delyagin Azərbaycana qarşı sərsəm bəyanat vermişdir. İndi isə keçmiş deputat və Kremlin propaqanda maşınlarından biri, Dumanın müdafiə komitəsinin keçmiş müavini Aleksandr Şerin açıqlama verərək Azərbaycan və Yaponiyanı “İsgəndər” və “Kalibr” rakrtləri ilə təhdid etməyə çalışıb.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, son bir həftə ərzində Rusiyadakı bəzi dairələr tərəfindən ölkəmizə qarşı səsləndirilən belə açıqlamalar məqsədli şəkildə atılan addımların tərkib hissəsidir.

Ukrayna bataqlığında beş həftədən çoxdur boğulan Rusiya ordusunun bundan sonra hələ uzun müddət özünə gələ bilməyəcəyini anlamaq yaxud qəbul etmək istəməyən bəzi Rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər. Rusiya öz təhlükəsizliyini qorumaq istəyirsə, deməli digər dövlətlər öz maraqlarından əl çəkməlidirlər? Şerinin açıqlaması həm də onu göstərir ki, II Qarabağ savaşı zamanı İsgəndər raketlərinin Ermənistana veriləməsi ilə bağlı Rusiya tərəfinə ünvanlanan sualın hələdə cavabsız qalması da məhz bundan qaynaqlanır. Maraqlıdır Aleksandr Şerinə görə hansı Rusiya rəsmisi açıqlama verəcək və onun fikirlərinin yalnış olduğunu bildirəcək?”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyərək hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib:

“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İskəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.

Qeyd edək ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin