fbpx

Naxçıvan gömrükçüləri İrandan Almaniyaya daşınan 5 kq tiryəki müsadirə edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir əməliyyat həyata keçirib.

Metbuat.az quruma istinadən xəbər verir ki, fakt Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.

Belə ki, muxtar respublika ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya gedən İran vətəndaşının idarə etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən 5,18 kiloqram tiryək aşkarlanıb.

Faktla bağlı yerli komitənin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin