Fərrux yüksəkliyində itkin düşən əsgər anasının yuxusuna girdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyində 62 hərbiçimiz itkin düşüb. Ötən gün həmin şəxslərin adları bəlli olub. İtkin düşən hərbçi ailələrdən biri də Şəkinin Baş Göynük kəndindən olan Qurbanovlardır.
Metbuat.az İctimai tv-yə istinadən xəbər verir ki, Fərrux yükəskliyində şəhid olan Natiq Qurbanovdur. Anası Şirmayət Qurbanovun sözlərinə görə, ailənin 3-cü övladı olan Natiq Qurbanov ötən günlərdə anasının yuxusuna gəlib:
“Gecə Natiqi yuxuda gördüm. səhər də televiziyadan belə bir xəbər eşitdik. Mən demirəm ki, balamı verin. Onun sümüyü da olsa, verim. Biləm ki, balam daşın altındaır” .
Qardaşı Polad Qurbanov bildirib ki, şəhid Natiq Qurbanov Sumqayıtda kollec təhsilini yarıda qoyaraq könüllü olaraq orduya qatılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.