fbpx

Ramazan aprelin 3-də başlamalıdır? – ŞEYXDƏN CAVAB

BEY.AZ informasiya agentliyi xəbər verir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fitvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad edildiyini deyib.

“Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.

Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06:42-də doğub. Həmin gün 19:04-də Günəş batıb, 19:18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19:05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20:23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fitva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, – QMİ sədri qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin