fbpx

Rusiya ilk dəfə “enerji silahı”ndan istifadə etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qazın rublla ödənilməsi ilə bağlı yeniliyin ixrac üçün digər Rusiya mallarına da şamil ediləcəyinə əmin olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Peskov bu barədə “Rossiya-1” telekanalına müsahibəsində deyib.

“Şübhə etmirəm ki, gələcəkdə bu, yeni mal qruplarına da şamil olunacaq. Və bu, xarici ticarət əlaqələrimizdə getdikcə daha çox yer tutacaq” – Kreml sözçüsü əlavə edib.

Rüya tabirlerini burdan oku

Peskov qeyd edib ki, ödəniş prosedurunda texniki cəhətdən demək olar ki, heç nə dəyişməyəcək, çünki alıcılar müqavilələrdə göstərilən valyutada ödənişləri davam etdirəcəklər: “Son ödəniş yenə də satıcıya – “Qazprom”a rublla, yəni avroya Rusiya rublunu almaqla veriləcək”.

Dmitri Peskov bildirib ki, Avropa şirkətləri qazın ödənişi üçün sürətlə rubl hesabları aça biləcəklər: “Biz müştərilərimizin həyatını çətinləşdirmək istəmirik. Rusiya həmişə etibarlı təchizatçı olub. Təbii ki, biz bu nüfuza xələl gətirəcək heç bir iş görməyəcəyik. Buna görə də hər şey sürətli, aydın, başa düşülən olacaq”.

Martın sonunda Rusiya Prezidenti Vladimir Putin “Dost olmayan ölkələrlə qaz ticarəti haqqında” fərman imzalayıb və bu dövlətləri enerjiyə görə ödənişləri rublla ödəməyə məcbur edib.

Aprelin 1-dən “Qazprom” yeni ödəniş proseduru ilə bağlı kontragentlərə rəsmi məktublar göndərməyə başlayıb.

Rusiya indiyədək böhran dövründə heç vaxt enerji ilə bağlı konkret qərar qəbul etməyib. Bu, Moskvanın “enerji silahı”ndan ilk dəfə Qərbə qarşı istifadə etməsi kimi şərh edilir.

Qeyd edək ki, Rusiya hökuməti martın 7-də Rusiyaya “dost olmayan” ölkələrin siyahısını təsdiqləyib. Siyahıya ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur kimi ölkələr, eləcə də Rusiyaya qarşı sanksiya tətbiq edən daha 15 ölkə daxildir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu