fbpx

“Qarabağ” 80-ci böyükhesablı ev qələbəsini qazanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXI turuna təsadüf edib.

“Köhlən atlar” “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.

“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilmiş II tur qarşılaşmasında Ağdam komandası KürdəmirŞirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə yenən “Qarabağ” səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin