“Keşlə” 800-cü qolunu vurub
BEY.AZ informasiya agentliyi xəbər verir
“Keşlə” Azərbaycan çempionatlarında 800-cü qolu vurub.
Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXI turunun “Qəbələ” ilə matçına təsadüf edib.
1:1 hesabı ilə başa çatan görüşdəki ilk qolun müəllifi Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.